İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
5 saat əvvəlMask “X”i satdı
30 Mart 2025 08:00 | Baxış sayı: 475
Amerikalı iş adamı, milyarder İlon Mask “X” sosial şəbəkəsini “Grok” çatbotunu yaradan “xAI” startapına satdığını elan edib.
AJMEDIA.INFO xəbər verir ki, bu barədə Mask “X” sosial şəbəkə hesabında məlumat verib.
“xAI” “X”i səhm alqı-satqısı vasitəsilə əldə edib. “xAI” startapının dəyəri 80 milyard dollar, “X” sosial şəbəkəsinin dəyəri isə 33 milyard dollardır (əgər siz 45 milyard dollardan 12 milyard dollar borcu çıxsanız)”, - deyə Mask qeyd edib.
Mask həmçinin qeyd edib ki, bu, eyni zamanda “xAI” və “X”in gələcəyinin bir-birinə bağlı olması deməkdir.
“xAI” və “X”in gələcək perspektivləri bir-birinə bağlıdır. Bu gün biz rəsmi olaraq məlumatları, modelləri və imkanları birləşdirmək üçün bu addımı atdıq. Bu birləşmə “xAI”nin qabaqcıl süni intellekt qabiliyyəti vasitəsilə “X”in geniş əhatə dairəsi əldə etməsinə böyük imkan açacaq. Birləşmiş şirkət əsas missiyamıza sadiq qalaraq, milyardlarla insana daha ağıllı, daha mühüm xidmətlər təqdim edəcək”, - o əlavə edib.
“Bloomberg” agentliyinin məlumatına görə, yeni şirkət “XAI Holdings” adlanacaq və onun ümumi dəyəri borclar istisna olmaqla 100 milyard dollar təşkil edəcək.
Qeyd edək ki, “xAI” startapı” 2023-cü ildə Mask tərəfindən təsis edilib.//yeniavaz.com