SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəlMask Fransaya səfərə gedib
16 May 2023 01:35 | Baxış sayı: 577
"Tesla" şirkətinin rəhbəri İlon Mask ABŞ-dan Fransaya səfərə gedib.
İ.Mask Amerikanın elektrik avtomobil istehsalçısının Avropa ölkəsindəki layihələrini müzakirə etmək üçün Versal Sarayına gəlib.
Biznesmenin sözlərinə görə, "Tesla" Fransaya əhəmiyyətli investisiyalar yatıracaq, lakin hələlik o, layihələrin həyata keçirilməsi üçün qrafik təyin etməyib. İ.Mask bunu Fransa prezidenti Emmanuel Makronla görüşdən sonra deyib.
"Bu gün heç bir elan yoxdur, amma prezident E.Makron və Fransa hökuməti və sənayenin necə qarşılanması məni çox heyran etdi, ona görə də əminəm ki, "Tesla" gələcəkdə Fransaya əhəmiyyətli investisiyalar yatıracaq", - deyə o bildirib.