SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlMaşını əlindən alıb satdı, pulu özünə xərclədi - Sumqayıtda Şok OLAY
24 Oktyabr 2023 12:34 | Baxış sayı: 609
Sumqayıtda avtomobil sahibinə qarşı dələduzluq edilib.
AJMEDİA.İNFO xəbər verir ki, dələduzluqda təqsirləndirilən N. M. Z. R.-ya məxsus “Kia Rio” markalı avtomobili təmir edərək baha qiymətə satacağını deyib. Bu məqsədlə həmin avtomobili ondan alıb.
İttihama görə, N. M. təmir adı ilə aldığı həmin avtomobili R. Əliyevə öz maşını kimi 17 min manata satıb. Lakin pulunu isə öz şəxsi ehtiyaclarına xərcləyib.
Aldadıldığını görən Z. R. hüquq-mühafizə orqanlarına üz tutub. Onun şikayəti əsasında N. M. istintaqa cəlb olunub və barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq xeyli miqdarda törədildikdə) maddəsilə cinayət işi başlanıb.
İş hakim Rövşən Xəlilovun icraatına verilib. Hazırda məhkəmə istintaqı davam edir.(lent.az)