SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlMaşın vuran vəkil Şəfiqə Nağıyevanın oğlu: "Anam xəsarət aldığı üçün..."
06 İyun 2023 08:46 | Baxış sayı: 672
Tanınmış vəkil Şəfiqə Nağıyeva qəza keçirib.
AJMEDİA.İNFO xəbər verir ki, ötən gün axşam məclislərdən birindən çıxan vəkil yolu keçmək istəyərkən onu avtomobil vurub.
Şəfiqə Nağıyeva ilə əlaqə saxlayıb səhhəti ilə maraqlanmaq istədik. Vəkilin oğlu Samir bəy BAKU.WS-ə açıqlamasında anasının səhhətinin yaxşı olduğunu deyib:
“Bildiyiniz kimi ötən gün anam bədbəxt hadisə ilə üzləşib. Qəza zamanı anam xəsarət aldığı üçün onu təcili olaraq xəstəxanaya çatdırıblar. Daha sonra xəstəxanadan evə buraxılıb. Səhhəti yaxşıdır. Hadisənin necə baş verdiyi haqqında dəqiq nəsə deyə bilmirəm. Çünki həmin vaxt orada olmamışam”.
Xatırladaq ki, Şəfiqə Nağıyevanın qəzaya düşməsi ilə bağlı ilk məlumatı "Show_news" instaqram səhifəsi yayıb.