20 Aprel 2025
Martın 8-dən bu yol BAĞLANIR - XƏBƏRDARLIQ!

Martın 8-dən bu yol BAĞLANIR - XƏBƏRDARLIQ!

Martın 8-dən bu yol BAĞLANIR - XƏBƏRDARLIQ!

06 Mart 2025 14:07 | Baxış sayı: 349

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 102-ci kilometrində yol ötürücüdə və kanal üzərində yerləşən körpüdə aparılacaq təmir işləri ilə əlaqədar olaraq, martın 8-i saat 10:00-dan etibarən nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) AJMEDİA.İNFO-ya verilən məlumata görə, məhdudlaşma təmir işləri yekunlaşanadək qüvvədə olacaq.


Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən müddət ərzində həmin hissədə hərəkətdə olarkən ərazidə qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunub.