SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
11 saat əvvəl"Manatlıq" taksilər də yığışdırılır? - AÇIQLAMA
03 İyul 2024 13:18 | Baxış sayı: 497
"Manatlıq" taksilərə heç bir qadağa qoyulmayıb. Sadəcə taksi ilə bağlı qəbul edilmiş qanunlar var. Həmin qaydalar üzrə sürücülər təlimdən keçməlidir, sağlamlıq haqqında arayış almalıdır. Sonra həmin şəxslər taksi sürücüsü kimi fəaliyyət göstərə bilərlər".
AJMEDİA.İNFO xəbər verir ki, bu sözləri Metbuat.az-a açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib.
O bildirib ki, burada heç bir məhdudiyyət yoxdur:
"Onlardan tələb olunan qaydalara əməl etməlidirlər. Bunu etdikdən sonra, rahat şəkildə taksi fəaliyyəti ilə məşğul ola bilərlər. Qaçaq yolla fəaliyyət göstərən istənilən taksi sürücüsünə görə cərimə və cəzalar təqbiq olunacaq. Həmin cərimələrin məbləği təxminən 40-50 manatdır. Qanunsuz taksi fəaliyyəti ilə məşğul olmağa görə qanunvericilikdə cəza mexanizmi artıq işlək vəziyyətdədir".