SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlManaf gecə saat 3-də Vəfadan gələn zəngdən DANIŞDI: "Onu pay kimi verdi" - VİDEO
14 May 2024 11:52 | Baxış sayı: 439
Müğənni Manaf Ağayev həmkarı Vəfa Şərifovanın ona qarşı etdiyi jestdən bəhs edib.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə ifaçı "Rəngarəng səhər" verilişində danışıb.
M.Ağayev bildirib ki, V.Şərifova onun gecə saatlarında yaranan problemini həll edib:
"Bir müddət əvvəl gecə saat 03:00-da problemim yarandı. Gördüm ki, Vəfadan mənə zəng gəlir. O həmin saatda mənim əlimdən tutdu. Elə bir hərəkət etdi ki, kişi eləmədiyi bir hərəkət. Mən isə belə şeylərə çox həssas və diqqətçiləm. Çünki özüm də əl tutan insanam. Söhbəti yox, həmin dəqiqə mənim problemim öz həllini tapdı. Gecə ilə qaytarıldı, verildi... Elə bilirəm ki, o verilən hədiyyədir. Biri mənə hansısa köməyi edəndə elə bilirəm ki, onu mənə pay kimi verdi. Mən də işlərimi o payla gördüm".
(bizim.media)