SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlMalavidə yol qəzasında 20-dən çox həvəskar futbolçu və azarkeş ölüb
05 İyun 2023 22:30 | Baxış sayı: 586
Malavinin şimalında azı 22 həvəskar futbolçu və azarkeş oyundan qayıdarkən avtomobilinin aşması nəticəsində həlak olub.
Bu barədə BBC məlumat yayıb.
Bildirilib ki, sürücü idarəetməni itirib və içərisində təxminən 80 nəfərin olduğu avtomobil döngədə aşıb. 22 nəfərin ölümündən başqa, daha 12 sərnişinin yaralandığı bildirilir, onların vəziyyəti ağır qiymətləndirilir.
Malavi Prezidenti Lazarus Çakvera artıq ölən və yaralananların ailələrinə başsağlığı verib. O, qəza sonucunda ölənlərin ailələrinə gərəkli yardımın göstərilməsini tapşırıb.