Makron İsrailə səfər edəcək
23 Oktyabr 2023 01:51 | Baxış sayı: 619
Fransa Prezidenti Emmanuel Makron 24 oktyabr tarixində İsrailə səfər etməyi planlaşdırır.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Yelisey Sarayının məlumatında deyilir.
Qeyd edək ki, bundan öncə E.Makron İsrail Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparmışdı.