20 Aprel 2025
Makron İranı NATO-nun düşməni adlandırmaqdan imtina edib

Makron İranı NATO-nun düşməni adlandırmaqdan imtina edib

Makron İranı NATO-nun düşməni adlandırmaqdan imtina edib

13 İyul 2023 09:30 | Baxış sayı: 516

Fransa prezidenti Emmanuel Makron Tehranın Moskvaya pilotsuz uçuş aparatları çatdırması ilə bağlı xəbərlərə baxmayaraq, İranı NATO-nun düşməni adlandırmaqdan imtina edib.

“Alyansın məqsədi hər həftə kimisə düşmən elan etmək deyil, müttəfiqlərin maraqları və ya təhlükəsizliyi təhdid edildiyi zaman lazım olan yerdə təzyiq göstərməkdir”, - Fransa prezidenti bildirib.

Makron həmçinin bildirib ki, Ukrayna lideri Volodimir Zelenskinin Qərbdən dəstək tələb etmək hüququ var, o cümlədən ölkənin NATO-ya qəbulu məsələsində. Onun sözlərinə görə, qısa və uzunmüddətli perspektivdə Kiyevə dəstək vermək Qərb ölkələrinin üzərinə düşür.