20 Aprel 2025
Makron Fransanın Rusiya ilə savaşmadığını bildirib

Makron Fransanın Rusiya ilə savaşmadığını bildirib

Makron Fransanın Rusiya ilə savaşmadığını bildirib

15 May 2023 20:15 | Baxış sayı: 599

Paris Moskva ilə müharibə etmir və Kiyevi Rusiya ərazisinə hücum etmək üçün silahla təmin etmir.

Bu barədə Fransa Prezidenti Emmanuel Makron “TF1” telekanalına müsahibəsində deyib.

“Biz Rusiya ilə müharibə aparmırıq. Bu, Rusiya ilə müharibə deyil. Biz Ukraynaya müqavimət göstərməyə kömək edirik, bu o deməkdir ki, biz Rusiya ərazisinə çata biləcək və ya Rusiyaya hücum etməyə yardımçı olacaq silahlar tədarük etmirik”, - Fransa lideri bildirib.