SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlMakron Çinə səfər edəcək
03 Aprel 2023 11:10 | Baxış sayı: 526
Fransa Prezidenti Emmanuel Makron 5-7 apreldə Çinə işgüzar səfər edəcək.
Bu barədə Çin Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Səfərin Çin sədri Si Cinpinin dəvəti ilə baş tutacağı bildirilir.
Fransa mətbuatı yazır ki, Makron səfər zamanı Ukraynadakı münaqişəni müzakirə etmək və rəsmi Pekini Rusiyaya hərbi dəstək verməkdən çəkindirmək niyyətindədir.
Xatırladaq ki, daha əvvəl Makronun Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen ilə birlikdə Çinə səfər etməyi planlaşdırdığı bildirilirdi.