SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
4 saat əvvəlMahsun Kırmızıgül: “Heç kim sənin kimi qarşılıqsız sevmir” – VİDEO
15 Aprel 2025 14:31 | Baxış sayı: 328
Müğənni Mahsun Kırmızıgül 4 ay əvvəl itirdiyi anası ilə bağlı paylaşım edib.
AJMEDİA.İNFO xəbər verir ki, sənətçi mərhumla fotosunu paylaşaraq bunları yazıb:
“Aylar oldu sən gedəndən bəri… Amma mən hələ də sənə vida edə bilməmişəm. Gözüm səni axtarır, səsin qulağımda səslənir, nəsihətlərin yaddaşımda əks-səda verir, o gülməli hallarına gülümsəyirəm. Səninlə zazaca danışmağımız üçün çox darıxıram. Sənsiz həmişə natamam qalacam… Bir ananın yerini heç nə doldurmur, heç kim sənin kimi qarşılıqsız və ürəkdən sevə bilmir…” (Olay)