SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
4 saat əvvəlMahmud Abbas geri addım ATDI: “HƏMAS Fələstini təmsil etmir”
16 Oktyabr 2023 08:22 | Baxış sayı: 745
Oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan sonra gərginlik artarkən, Fələstin Prezidenti Mahmud Abbas diqqətçəkən bir açıqlama verib.
AJMEDİA.İNFO Fələstinin “Wafa” xəbər agentliyinə istinadən xəbər verir ki, M.Abbas Venesuela Prezidenti Nikolas Maduro ilə telefon danışığı zamanı HƏMAS-ın Fələstin xalqını təmsil etmək səlahiyyətinə malik olmadığını vurğulayıb.
Buna görə də o, HƏMAS-ın davranışlarına görə mülki əhalinin Qəzza zolağından köçürülməsinin düzgün olmadığını bildirib:
“Fələstin xalqının yeganə qanuni nümayəndəsi Fələstin Azadlıq Təşkilatıdır. Biz hər iki tərəfdən mülki şəxslərin öldürülməsinin əleyhinəyik və hər iki tərəfi məhbusları, əsirləri və mülki vətəndaşları azad etməyə çağırırıq”.
Qeyd edək ki, İsrailə qarşı hücumların həyata keçirildiyi Qəzza zolağında hakimiyyətdə HƏMAS-ın silahlı qanadıdır. Fələstinin digər hissəsi olan İordan çayının qərb sahilində isə hakimiyyət Fələstin Azadlıq Təşkilatındadır. (Sfera.az)