SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəl“Magen David International Center for Women” nin direktoru, “Qadınların İnkişafına və Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin İdarə Heyətinin sədri Aygün Əhmədova Avstriyanın Vyana şəhərində işgüzar səfərdə olub
15 Oktyabr 2024 22:18 | Baxış sayı: 405
“Magen David Azərbaycan” nın nəzdində “Magen David International Center for Women” nin direktoru, “Qadınların İnkişafına və Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin İdarə Heyətinin sədri Aygün Əhmədova Avstriyanın Vyana şəhərində işgüzar səfərdə olub.
Səfər çərçivəsində Aygün Əhmədova sentyabrın 23-də Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Beynəlxalq Mədəni Müxtəliflik Təşkilatının (ICDO) təsis etdiyi “Mədəniyyətlərarası bağlılığın uzun gecələri“ mədəniyyət festivalının 7-ci buraxılışı tədbirində iştirak edib.
Bir həftə davam edən festivalın açılış günü Azərbaycan Mədəniyyət Mərkəzində “Mədəni müxtəliflik və inklüzivlik” mövzusunda panel müzakirəsi təşkil edilib. Müzakirə mədəni müxtəliflik və inklüzivlik kimi mühüm mövzulara, xüsusilə Azərbaycanın ev sahibliyi edəcəyi COP29-da gender bərabərliyi və iqlim siyasəti çərçivəsində inklüzivliyə necə yanaşılmalı olduğuna həsr edilib.