İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
6 saat əvvəl“Magen David Azərbaycan”nın Qarabağ regionu üzrə Departament direktoru təyin olundu
25 Fevral 2024 18:12 | Baxış sayı: 2037
“Magen David Azərbaycan”nın Qarabağ regionu üzrə Departament direktoru təyin olunub.
Bununla bağlı "Magen David Azərbaycan"dan AJMEDİA.İNFO-ya bildiriblər.
Məmmədov Gəray Saday oğlu 15 fevral 1962-ci ildə Xocalı şəhərində anadan olub. 1969-1979-cu illərdə Xocalı şəhər orta məktəbini bitirib. 1980-1982-ci illərdə Sovet Ordu sıralarında həqiqi hərbi xidmətdə olub. 1983-1988-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda təhsil alıb və Mühəndis Mexanik ixtisasına yiyələnərək həmin institutu fərqlənmə diplomu ilə bitirib. 1988-1991-ci illərdə Xocalı Tərəvəzçilik və Südçülük Savxozunda baş mühəndis, Xocalı Aqrar İstehsalat birliyində texniki nəzarət üzrə baş müfəttiş vəzifəsində işləyib. 1991-ci ildən 2021-ci ilə qədər AR DİN-də müxtəlif vəzifələrdə çalışıb. İstefada olan polis polkovnik-leytenantı, polis və müharibə veteranıdır.
Evlidir, iki övladı var.