20 Aprel 2025
“Magen David Azərbaycan”nın baş direktoru, Ümumİsrail Qafqaz Yəhudiləri Assosiasiyasının Azərbaycan nümayəndəliyinin sədri David Seliverstovun Ramazan bayramı təbriki

“Magen David Azərbaycan”nın baş direktoru, Ümumİsrail Qafqaz Yəhudiləri Assosiasiyasının Azərbaycan nümayəndəliyinin sədri David Seliverstovun Ramazan bayramı təbriki

“Magen David Azərbaycan”nın baş direktoru, Ümumİsrail Qafqaz Yəhudiləri Assosiasiyasının Azərbaycan nümayəndəliyinin sədri David Seliverstovun Ramazan bayramı təbriki

09 Aprel 2024 17:19 | Baxış sayı: 974

“Magen David Azərbaycan”nın baş direktoru, Ümumİsrail Qafqaz Yəhudiləri Assosiasiyasının Azərbaycan nümayəndəliyinin sədri David Seliverstovun Ramazan bayramı təbriki.

.

Təbrikdə deyilir:

.

Ümumdünya müsəlmanlarının mənəvi birlik, həmrəylik, bərabərlik, rəmzi olan zəfər ətirli, müqəddəs Ramazan bayramı münasibətilə bütün xalqımızı ürəkdən təbrik edir, hər bir ailəyə huzur, ruzi- bərəkət, can sağlığı və işlərində uğurlar arzulayıram.

Tolerant dəyərlərin qorunduğu, multikultural ölkəmizdə ümumxalq bayramı kimi qeyd olunan Ramazan bayramı insanlar arasında bərabərliyi, birliyi daha da gücləndirir, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə möhkəm bağlılığın, humanizmin, xeyirxahlıq və mərhəmət duyğularının təbliğ olunmasında böyük rol oynayır.

Dahi liderimiz Heydər Əliyevin rəhbərliyi dövründə belə, azərbaycançılıq məfkurəsi, milli-mənəvi dəyərlər hər zaman yüksək səviyyədə tutulmuşdur.
Ümummilli liderin siyasi kursunun layiqli davamçısı olan Prezident cənab İlham Əliyevin də apardığı uğurlu siyasət nəticəsində ölkəmizdə sabitlik və multkultural abu- hava hökm sürür.

Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə Azərbaycanın rəşadətli Ordusunun Vətən müharibəsində qazandığı parlaq qələbə və həyata keçirdiyi uğurlu döyüş əməliyyatları nəticəsində düşmən işğalında qalmış tarixi və əzəli torpaqlarımız azad olunmuş, Ali Baş Komandanımızın müdrik və uzaqgörən siyasəti, ordumuzun gücü sayəsində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi tam təmin edilmişdir.

Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bötövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsini hər zaman olduğu kimi Ramazan bayramı ərəfəsində də dərin hörmət və ehtiramla yad edirik. Şəhidlərimizin ailə üzvləri və sağlamlığını itirən döyüşçülərimiz, müharibə veteranları daima dövlətimiz tərəfindən diqqət mərkəzində saxlanılır. Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində onların sosial-məişət şəraitinin yaxşılaşdırılması, qayğı və problemlərinin həlli istiqamətində mühüm addımlar atılıb. Şəhidlərimizin valideynlərini, ailələrini, Vətən uğrunda sağlamlığını itirən, əziz veteranları bayram münasibətilə təbrik edir, onlara ən xoş arzularımı çatdırıram.

.

Arzu edirəm ki, bu müqəddəs Ramazan bayramı ailələrimizə firavanlıq, xoşbəxtlik, süfrələrimizə bol ruzi-bərəkət gətirsin.
Ramazan bayramınız mübarək olsun!