İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
5 saat əvvəlMadrid derbisində QALMAQAL: Matç yarımçıq dayandı - ANBAAN VİDEO
30 Sentyabr 2024 10:40 | Baxış sayı: 340
İspaniya çempionatının 8-ci turunda “Atletiko” və “Real” arasında baş tutan Madrid derbisində qalmaqal yaşanıb.
AJMEDİA.İNFO xəbər verir ki, komandalar arasındakı gərginliyə azarkeşlər səbəb olub.
Belə ki, “Atletiko” tərəfdarları oyundan öncə rəqib futbolçular Tibo Kurtua, Cudo Belingem və Vinisius Junior əleyhinə şüarlar səsləndiriblər. Onlar futbolçuları təhqir ediblər.
Bunun nəticəsi olaraq “Real” qol vurduqdan sonra “kral klubu”nun qapıçısı üzünü azarkeşlərə tutaraq çılğıncasına sevinib.
Nəticədə yerli azarkeşlər qapıçıya yad əşyalar atmağa başlayıb. Bundan sonra isə oyunda fasilə yaranıb. Matçın baş hakimi qarşılaşmanı müvəqqəti təxirə salıb.
Lakin sonradan matç bərpa olunub və “Atletiko” Anhel Korrea ilə 90+6-cı dəqiqədə hesabı bərabərləşdirib.
Onlar qoldan sonra azarkeşləri ilə qələbəni rəqslə qeyd ediblər.