SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəlMacarıstan müdafiə xərclərini 29% artırmaq istəyir
30 May 2023 17:40 | Baxış sayı: 487
“Macarıstan 2024-cü ildə hərbi məqsədlər üçün 4,85 milyard avro ayırmağı planlaşdırır ki, bu da indiki ilə müqayisədə demək olar ki, 29% çoxdur”.
Bunu maliyyə naziri Mihay Varqa bildirib.
Onun sözlərinə görə, NATO öhdəliklərinə uyğun olaraq, Macarıstanın müdafiə xərcləri ÜDM-in 2,1%-nə çatacaq, korporativ artıq verginin bir hissəsini tutan və ordunun maliyyələşdirilməsinə sərf olunan Milli Müdafiə Fondu isə təxminən 1310 milyard forint təşkil edəcək (3,54 milyard avro - Red).
Bundan əvvəl Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bildirib ki, Budapeşt və Belqrada hücumlar edilir, çünki ölkələr Ukraynada sülhə nail olmağa çalışır və münaqişənin genişlənməsini istəmir.