20 Aprel 2025
Macarıstan Avropanın Ukraynaya 50 milyard avro ayırmaq təklifinə qarşı çıxıb

Macarıstan Avropanın Ukraynaya 50 milyard avro ayırmaq təklifinə qarşı çıxıb

Macarıstan Avropanın Ukraynaya 50 milyard avro ayırmaq təklifinə qarşı çıxıb

21 İyun 2023 01:05 | Baxış sayı: 617

Budapeşt Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin qeyd etdiyi növbəti dörd il ərzində Avropa İttifaqı fondlarından Ukraynaya 50 milyard avro ayrılması təklifinə qarşı çıxıb.

Bu barədə Macarıstanın Baş Naziri Aparatının rəhbərinin müavini Çaba Domotor bildirib.

Onun sözlərinə görə, Aİ-nin xəzinəsi müharibənin və Ukrayna dövlətinin maliyyələşdirilməsinə görə boşdur: “Avropa Komissiyasının bu pulu Kiyev hakimiyyətinə kredit şəklində vermək istədiyini nəzərə alsaq, faizlər də ödənilməli olacaq”.

Macarıstan rəsmisi Avropa İttifaqında büdcəyə dəyişikliklərin edilməsi üçün assosiasiyada iştirak edən bütün ölkələrin ümumi razılığının zəruriliyinə də diqqət çəkib. Bu baxımdan o, bu məsələ ilə bağlı Aİ-də “maraqlı və qeyri-adi debat”ın olacağına inanır.