SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
4 saat əvvəlMaaşlar və müavinətlər BU TARİXDƏN ARTACAQ - AÇIQLAMA
31 May 2024 12:55 | Baxış sayı: 441
“Son bir ildə davamlı olaraq həm dünya ölkələrində, həm də Azərbaycanda inflyasiya tempinin aşağı düşməsi müşahidə edilir. Amma ərzaq bazarında hələ də ucuzlaşma müşahidə olunmur. Hesab edirəm ki, hazırkı vəziyyət minimum əməkhaqqının artırılmasını şərtləndirir”.
AJMEDİA.İNFO xəbər verir ki, bu fikirləri iqtisadçı Rəşad Həsənov deyib.
O bildirib ki, 2024-cü il üçün əməkhaqqı və digər müavinətlərin artırılması gözlənilmir:
“Ümumiyyətlə, növbəti aylarda rəqəmlərlə ifadə olunan ciddi qiymət artımı olacağını düşünmürəm. Böyük ehtimalla 2025-ci ilin əvvəlində bu məsələ yenidən hökümətin gündəminə gələcək. Hökümət minimumları qaldıranda, bu, özəl sektora da təsir göstərəcək.
Hazırda mövcud ehtiyac meyarı 270 manatdır. Biz bir nəfərin 2 nəfərə baxdığını nəzərə alarsaq, hesab edirəm ki, əməkhaqqı məbləği təxminən 600 manat olmalıdır”.