20 Aprel 2025
Maaşlar 8,3%, maaşlardan tutulan “sosial” isə 10,5% artıb

Maaşlar 8,3%, maaşlardan tutulan “sosial” isə 10,5% artıb

Maaşlar 8,3%, maaşlardan tutulan “sosial” isə 10,5% artıb

08 Oktyabr 2024 15:29 | Baxış sayı: 387

Bu ilin yanvar-sentyabr ayları ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 4 milyard 161,2 milyon manatdan çox olub.
AJMEDİA.İNFO
Yeniavaz.com-a açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,5% və ya 395,7 milyon manatdan çox artıb.

Məlumat üçün onu da bildirək ki, açıqlanan sonuncu rəsmi məlumata (yanvar-iyul ayları) görə Azərbaycanda orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,3% artaraq 1002,4 manat olub.