SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
11 saat əvvəl“Lotu Quli” və Akif Çovdarovun vəkili AZAL-ı MƏHKƏMƏYƏ VERDİ - SƏBƏB
28 İyun 2023 07:24 | Baxış sayı: 845
Tanınmış vəkil Kamandar Nəsibov və oğlu Yunis Nəsibov "Azərbaycan Hava Yolları" QSC-ni məhkəməyə verib.
AJMEDİA.İNFO xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə vəkil və oğlu Bakı Apellyasiya Məhkəməsinə üz tutub.
Belə ki, Kamandar Nəsibov və Yunis Nəsibov maddi ziyanın və mənəvi zərərin ödənilməsi barədə tələb irəli sürüb.
Hazırda iddia hakim Elnur Həsənovun sədrliyi ilə araşdırılır.
Məhkəmənin növbəti iclası iyulun 20-nə təyin edilib.
Qeyd: Kamandar Nəsibov bir çox tanınmış şəxslərin sabiq nazir Əli Abbasov, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin keçmiş idarə rəisi, general-mayor Akif Çovdarov və Türkiyədə qətlə yetirilmiş “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun vəkili olub.