SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlLondon və Vaşinqton Putinə təzyiqi davam etdirməkdə razılaşdı
31 Mart 2025 17:26 | Baxış sayı: 312
Böyük Britaniyanın baş naziri Kir Starmer və ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinə təzyiqi davam etdirmək barədə razılığa gəliblər.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Britaniya hökumətinin mətbuat xidməti iki lider arasında martın 30-da baş tutan telefon danışığından sonra məlumat yayıb.
Məlumata görə, Starmer Trampa Parisdə “istəkli ölkələr koalisiyası” çərçivəsində keçirilən görüş və Ukraynaya təhlükəsizlik zəmanətləri verə biləcək ölkələrlə aparılan “məhsuldar müzakirələr” barədə məlumat verib.
Qeyd edək ki, Ağ Ev hazırda liderlərin söhbəti ilə bağlı əlavə detallar açıqlamayıb.