20 Aprel 2025
Liviyada prezident və parlament seçkilərinin keçirilməsinin tarixi barədə razılıq əldə edilib

Liviyada prezident və parlament seçkilərinin keçirilməsinin tarixi barədə razılıq əldə edilib

Liviyada prezident və parlament seçkilərinin keçirilməsinin tarixi barədə razılıq əldə edilib

30 May 2023 11:33 | Baxış sayı: 455

Liviyada “6+6” Komitəsi prezident seçkisinin 2024-cü ilin yanvarında keçirilməsinə dair razılıq əldə edib.

Bu barədə yerli “Al-Hadas” telekanalı məlumat yayıb.

Bildirilib ki, Komitə 2023-cü ilin dekabrında Liviyada parlament seçkilərinin keçirilməsi barədə razılığa gəlib.

Xatırladaq ki, “6+6” Komitəsinə Liviyanın Ali Dövlət Şurasının və Nümayəndələr Palatasının (birpalatalı parlament) üzvləri daxildir. Komitə 2023-cü ilin mart ayında yaradılıb. Dövlət Şurası və Parlament Komitəyə 12 nümayəndə həvalə edib.