SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlLivanın 5 şəhəri BOMBALANDI
15 Fevral 2024 05:55 | Baxış sayı: 665
Fevralın 14-də İsrail qırıcıları bir qadının ölümü və 8 nəfərin yaralanması ilə nəticələnən hücuma cavab olaraq Livan ərazisinə zərbələr endirib.
AJMEDİA.İNFO xəbər verir ki, Adçit, Şehabiya, Buslaya, Kfar Dunin Suneh və Əl-Şəhabiyə yaşayış məntəqələrinə hava zərbələri endirilib.
"Hizbullah" hərəkatı İsrail qırıcılarının zərbələrini 2006-cı il müharibəsindən bəri ən qəddar zərbə adlandırıb.
Livanın "Əl-Mayadeen" telekanalı İsrailin hücumları nəticəsində 3 mülki vətəndaşın həlak olduğunu bildirib.
Xatırladaq ki, fevralın 14-də səhər saatlarında Livandan İsrail ərazisinə raket hücumu olub, 1 nəfər ölüb, 8 nəfər yaralanıb.