05 Fevral 2025
Livan İsraillə sərhədə ordu yeritdi

Livan İsraillə sərhədə ordu yeritdi

Livan İsraillə sərhədə ordu yeritdi

08 Yanvar 2025 11:43 | Baxış sayı: 601

Livan İsraillə atəşkəs çərçivəsində Nakuraya qoşun yeridib.

AJMEDİA.İNFO xəbər verir ki, bundan əvvəl İsrail və Hizbullah Livanın cənubundan çəkilməyə razılaşıblar. Bölgədəki boşluğu Livan ordusu dolduracaq. Məlumata görə, BMT və Livan ordusu regionun təhlükəsizliyini təmin edəcək. Bildirilir ki, Birləşmiş Millətlər Təşkilatının Müvəqqəti İşçi Qrupuna aid hərbi maşınlar da Nakuraya yerləşib. Ordu bildirib ki, qoşunlar bölgəyə yerləşdikdən sonra ekspert qrupları sahədə mina təmizləmə işləri aparacaq.

ABŞ prezidenti Co Baydenin Yaxın Şərq üzrə müşaviri olan Hoşstein, İsrail qüvvələrinin mərhələli şəkildə geri çəkilərkən verdiyi vədlərə və plana əməl etdiyini bildirib. O, tərəflərin atəşkəs sazişinə əməl etdiyini və Livan ordusunun vəzifəsini yerinə yetirdiyini ifadə edib.