SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəlLivan geri çəkildi: İsraillə savaş istəmirik
09 Oktyabr 2023 19:42 | Baxış sayı: 734
Livan İsraillə münaqişəyə girmək niyyətində deyil.
AJMEDİA.İNFO xəbər verir ki, bu sözləri Livanın Baş naziri Nacib Mikati deyib.
“Biz Livanın müharibəyə girməsini istəmirik”, - o bildirib.
Mikatinin sözlərinə görə, Beyrut əyalətin cənubunda təhlükəsizlik və sabitliyi qorumaq, Livan və İsraili ayıran Mavi Xəttdə sakitliyi bərpa etmək, həmçinin İsrailin quru, hava və dəniz yolu ilə Livanın suverenliyini pozmasına son qoyan BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinə əməl etməyi hədəfləyir.
Livanın baş naziri dünya ictimaiyyətini İsrailə təsir göstərməyə çağırıb.
Qeyd edək ki, İsrail Livandan ölkəsinə sığmağa çalışan qrupun məhv edildiyini açıqlayıb. Bunun ardınca isə helikopterlərlə Livana zərbələr endirib.