SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlLeysan, şimşək, qar - Sabahın HAVASI
24 Oktyabr 2023 09:18 | Baxış sayı: 590
Oktyabrın 25-nə gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AJMEDİA.İNFO-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Əsasən səhər və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 14-17° isti, gündüz 18-23° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 10-15° isti, gündüz 20-25° isti, dağlarda gecə 3-8° isti, gündüz 8-13° isti olacaq.