SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlLeysan, dolu, sel - Hava xəbərdarlığı
04 İyul 2023 14:00 | Baxış sayı: 455
Azərbaycanın rayonlarında iyulun 4-ü günün ikinci yarısından 5-i gündüzədək bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı gözlənilir.
Bu barədə AJMEDİA.İNFO-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, bəzi yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.