20 Aprel 2025
Leysan, dolu, sel... - Hava bu tarixdən KƏSKİN DƏYİŞƏCƏK

Leysan, dolu, sel... - Hava bu tarixdən KƏSKİN DƏYİŞƏCƏK

Leysan, dolu, sel... - Hava bu tarixdən KƏSKİN DƏYİŞƏCƏK

18 İyun 2024 09:47 | Baxış sayı: 508

Azərbaycanda iyunun 18-i gündüzdən 21-i axşamadək bəzi yerlərdə fasilələrlə yağış yağacağı, çaylardan daşqın və sel keçəcəyi gözlənilir.

Bu barədə AJMEDİA.İNFO-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə (Daşkəsən-Gədəbəy, Gəncə-Qazax, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Naxçıvan MR) yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.