SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlLeysan, dolu, sel... - Bu tarixlərlə bağlı XƏBƏRDARLIQ!
04 Noyabr 2024 16:35 | Baxış sayı: 257
Növbəti iki gündə bəzi rayonlara leysan yağacaq.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd olunub ki, noyabrın 5-i gündüzdən 6-sı gündüzədək bəzi yerlərdə havanın fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.
Quba-Qusar, Balakən-Şəki, Dağlıq Şirvan, Mərkəzi-Aran, Lənkəran-Astarada yağıntının leysan xarakterli olacağı, dolu düşəcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var.Çaylarda sululuğun artacağı, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.