10 il qüvvədə olacaq – Prezident təsdiqlədi
16 dəqiqə əvvəlLəman Ələşrəfqızıya AĞIR İTKİ - FOTO
27 Yanvar 2023 14:27 | Baxış sayı: 525
Əməkdar jurnalist Ləman Ələşrəfqızıya ağır itki üz verib.
AJMEDİA.İNFO xəbər verir ki, onun anası vəfat edib.
“Bu gün sizin hər biriniz üçün yanvar günəşi doğub, mənim Günəşim batdı. Anam hər kəsdən çox sevdiyi oğlunun yanına getdi. Bircə il dözə bilmədi onsuz. Mənə-sonbeşiyinə rəhm etmədi. Məni duasız qoydu. Dünyam dağılıb, dostlar. Viran qalmışam”, - feysbukda anası ilə fotosunu paylaşan Ələşrəfqızı yazıb.
Xatırladaq ki, jurnalistin qardaşı Fikrət Dadaşov 2022-ci ilin fevralında 60 yaşında koronavirusdan dünyasını dəyişib.
Allah rəhmət eləsin!