20 Aprel 2025
Lavrov qazaxıstanlı həmkarı ilə Xəzər dənizində əməkdaşlığı müzakirə edib

Lavrov qazaxıstanlı həmkarı ilə Xəzər dənizində əməkdaşlığı müzakirə edib

Lavrov qazaxıstanlı həmkarı ilə Xəzər dənizində əməkdaşlığı müzakirə edib

11 Aprel 2023 18:45 | Baxış sayı: 486

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Qazaxıstanın baş nazirinin müavini - xarici işlər naziri Murat Nurtleu Xəzər dənizində çoxtərəfli əməkdaşlığın vacibliyini qeyd ediblər.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin iki nazir arasında danışıqların yekunlarına dair hesabatında deyilir.

Danışıqlar zamanı Xəzəryanı ölkələr tərəfindən razılaşdırılmış beştərəfli sazişlərin və təşəbbüslərin ardıcıl surətdə həyata keçirilməsinin aktuallığı vurğulanıb.

Tərəflər çoxşaxəli əməkdaşlığın siyasi, ticarət-iqtisadi, elmi-texniki, mədəni-humanitar komponentlərini müzakirə ediblər.