Laçın istiqamətində azan əsgərimizi erməni hərbçilər SAXLAYIB - TƏCİLİ MƏLUMAT
28 Fevral 2024 09:02 | Baxış sayı: 608
Laçında xidməti mövqelər arasında əlverişsiz hava şəraitində istiqaməti itirərək azan Azərbaycan hərbçisi Ruslan Pənahov Ermənistan hərbçiləri tərəfindən saxlanılıb.
AJMEDİA.İNFO “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Milli Təhlükəsizlik Xidməti yayıb.
Onun Sünik vilayətinin Tex kəndi ərazisində təqribən 05:15-də saxlanıldığı bildirilir.
Hadisə ilə bağlı cinayət işinin başlanıldığı qeyd olunub.