SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlKXDR nüvə qüvvələri yaratmaq planlarını açıqlayıb
19 İyun 2023 00:04 | Baxış sayı: 623
KXDR öz nüvə potensialını artırmaq üçün səylərini davam etdirmək, təhdid yaranacağı təqdirdə isə “nüvə silahına nüvə silahı ilə cavab vermək” niyyətindədir.
Bu barədə Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin (MK) Siyasi Bürosunun təşəbbüsü ilə keçirilən səkkizinci genişləndirilmiş plenar iclasın yekunlarına dair məlumatda deyilir.
Plenar iclas iyunun 16-18-də ölkənin lideri Kim Çen Inın iştirakı ilə keçirilib.
Vurğulanıb ki, dövlətin müdafiə sənayesi Mərkəzi Komitənin nüvə silahlarının inkişaf etdirilməsi və nüvə qüvvələrinin yaradılmasına dair müəyyənləşdirdiyi istiqaməti saxlamalıdır.
Plenumda 2023-cü ilin birinci yarısı üçün bütün sahələrdə, o cümlədən iqtisadi sahədə görülmüş işlərə yekun vurulub. İclas iştirakçıları dəyişmiş beynəlxalq şəraitdə partiya, diplomatiya və müdafiə sahəsində strategiyanın gücləndirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.