Yerusəlimdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - VİDEO
6 saat əvvəlKütləvi zəhərlənmə: AQTA araşdırmalara başladı
11 Avqust 2024 17:27 | Baxış sayı: 312
Gəncədə yas mərasimində baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı araşdırmalara başlanıb.
Bu barədə Axar.az-a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinindən bildirilib.
Qeyd olunub ki, agentliyin əməkdaşlarından ibarət mütəxəssis qrupu əraziyə ezam olunublar.
Xatırladaq ki, Gəncə şəhərində kütləvi zəhərlənmə faktı qeydə alınıb. Yas mərasimlərin birində 75-dən çox qonaq zəhərlənib. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.