20 Aprel 2025
Kursk səmasında 19 PUA zərərsizləşdirilib

Kursk səmasında 19 PUA zərərsizləşdirilib

Kursk səmasında 19 PUA zərərsizləşdirilib

29 İyul 2024 07:07 | Baxış sayı: 364

Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri Kursk səması üzərində 19 ədəd pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.

TASS xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksey Smirnov məlumat verib.

O bildirib ki, hücum nəticəsində elektrik xətləri və bir ədəd körpü sıradan çıxarılıb.

Qubernatorun sözlərinə görə, PUA-lardan sonuncusu Medvensk rayonu üzərində məhv edilib.

A. Smirnov həmçinin əhalini PUA-ların qalıqlarına yaxınlaşmamağa və təhlükə anında müvafiq strukturlara xəbər verməyə çağırıb.

Teqlər:
PUA