SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlKüləkli hava şəraiti nə vaxtadək davam edəcək? - RƏSMİ AÇIQLAMA
05 Noyabr 2024 10:23 | Baxış sayı: 232
Küləkli hava şəraiti noyabrın 6-sı səhər saatlarınadək davam edəcək.
Bu barədə AJMEDİA.İNFO-ya Milli Hidrometrologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova məlumat verib.
Onun sözlərinə görə, hazırda Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin sürəti 14 m/s, Kəlbəcərdə 17 m/s, Şabranda 16 m/s, Şamaxı və Lerikdə 15 m/s təşkil edir:
"Bakıda və Abşeron yarımadasında, eləcə də bəzi bölgələrdə gündüz saatlarından etibarən küləyin güclənəcəyi, küləyin sürətinin 20.8-28.4 m/san təşkil edəcəyi gözlənilir. Bu da narıncı xəbərdarlığa uyğundur".
Xidmət rəsmisi bildirib ki, fəsadlardan qorunmaq üçün əhali hava haqqında verilən xəbərdarlıqları, hava proznozlarını diqqətlə izləməli, müvafiq təhlükəsizlik qaydalarına riayət etməli və ehtiyatlı davranmalıdır.