SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlKuleba Ukraynanın əks-hücum üçün yetərincə silah aldığını açıqlayıb
06 İyun 2023 00:34 | Baxış sayı: 601
Ukrayna xarici işlər naziri Dmitro Kuleba ölkəsinin əks-hücumunu həyata keçirmək üçün yetərincə silah-sursat aldığını açıqlayıb.
“Ukrayna Silahlı Qüvvələrinin qarşıdakı əks-hücumu Ukraynanın qələbəsi ilə başa çatacaq. Bu, ölkəmizin gələcəkdə NATO-nun bir hissəsi olmasına imkan verəcək”, - D.Kulaba vurğulayıb.
Lakin XİN başçısı əks-hücumun başlama vaxtı ilə bağlı suala cavab verməkdən imtina edib. Onun sözlərinə görə, əsas odur ki, bu, Ukraynanın qazanması ilə sonuclanacaq.
Nazir qeyd edib ki, bir sıra müttəfiqlər ukraynalı pilotlara F-16 döyüş təyyarələrində təlim keçməyə başlamaq barədə razılığa gəldikdən sonra NATO-ya üzvlük Ukraynanın növbəti böyük məqsədidir.