SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlKrımda mobil rabitə qülləsindən Ukrayna bayrağı dalğalandırılıb
23 Mart 2023 16:35 | Baxış sayı: 975
Ukraynanın işğal olunmuş Krım yarımadasının Qruşevka kəndində mobil rabitə qülləsində Ukrayna bayrağı ucaldılıb.
Bu barədə “Cənub” operativ komandanlığının polkovniki Vladislav Nazarov teleqramda bildirib.
Onun sözlərinə görə, işğal altındakı ərazilərdə ortaya çıxan Ukrayna bayrağı “müqavimətin simvollarından biridir”.
“Krım bizi gözləyir, vətəndaşlarımız bizi gözləyir və biz fəal şəkildə evə qayıtmağa hazırlaşırıq!”, - o əlavə edib.