SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
11 saat əvvəlKreml: Rusiya sülhməramlılarının Qarabağda qalma müddəti barədə danışmaq hələ tezdir
25 Sentyabr 2023 10:11 | Baxış sayı: 728
Rusiya sülhməramlıları Qarabağda fəaliyyətini davam etdirəcək, lakin onların bu regionda qalma müddəti barədə danışmaq hələ tezdir.
TASS xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Kremlin sözçüsü rus sülhməramlılarının yaxın gələcəkdə Qarabağda qalıb-qalmayacağı sualına cavab verib: “Hələlik bunu kimsə deyə bilməyəcək”. “Onlar indi faktiki olaraq Azərbaycan ərazisindədirlər. Biz Bakı ilə əlaqələrimizi davam etdiririk, sülhməramlılar yardım göstərir və Qarabağ erməniləri ilə Azərbaycan hakimiyyəti arasında artıq başlayan danışıqlarda iştirak edirik. Hazırda bu iş davam edir”, - Peskov vurğulayıb.