SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlKreml: "Qərbin sanksiyaları Rusiyanın Belarusda nüvə silahı yerləşdirmək planına təsir etməyəcək"
27 Mart 2023 17:00 | Baxış sayı: 597
“Qərbin Rusiyaya qarşı mümkün sanksiyaları və ya reaksiyası Moskvanın Belarusda taktiki nüvə silahı yerləşdirmək planına təsir etməyəcək”.
Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov martın 27-də jurnalistlərə açıqlamasında bildirib.
O, Rusiya Prezidenti Vladimir Putinin məsələ ilə bağlı izahat verdiyini vurğulayaraq deyib: “Əlavə etməyə heç nə yoxdur”.
Qeyd edək ki, V.Putin “Rossiya-24” telekanalına müsahibəsində Rusiyanın Belarusda taktiki nüvə silahları yerləşdirəcəyini açıqlayıb.
NATO, ABŞ, Avropa İttifaqı, Çin və bir sıra dövlətlər Rusiyanın bu planına qarşı çıxıb.