SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəl“Kreml ilkin hesabatı...” - Rusiyadan AZAL təyyarəsinin qəzası ilə bağlı AÇIQLAMA
05 Fevral 2025 17:26 | Baxış sayı: 328
“Kreml AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının araşdırılmasına dair Qazaxıstan Nəqliyyat Nazirliyinin ilkin hesabatını şərh etmir”.
AJMEDİA.İNFO TASS-a istinadən xəbər verir ki, bunu Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib.
“Bu, ilkin hesabatdır. Əlbəttə, bizim müvafiq qurumlarımız diqqətlə bunu təhlil edəcəklər. Rusiyanın Prezident Administrasiyasının bunu şərh etməsi mümkün deyil, bunu mümkün hesab etmirik”, - deyə Peskov qeyd edib.
Xatırladaq ki, “Reuters” agentliyi Azərbaycan hökumətindəki anonim mənbəyə istinadən yazıb ki, 2024-cü ilin dekabrında Qazaxıstanda qəzaya uğrayan “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsi “Pantsir-S” raketi ilə vurulub: “Azərbaycan tərəfində “Pantsir-S” raketinin bir parçası var, o, təyyarədən çıxarılıb və beynəlxalq ekspertizanın köməyi ilə müəyyən edilib”.