SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəlKömür mədənində çökmə baş verib, yaralılar var
09 May 2023 21:03 | Baxış sayı: 560
Türkiyənin Manisa şəhərinin Soma rayonunda yerləşən kömür mədənində çökmə baş verib, yaralılar var.
Xəsarət alan 5 işçidən 3-nün səhhətinin yaxşı, 2-nin vəziyyətinin ağır olduğu deyilir.
Hadisə yerli vaxtla saat 21 radələrində Darkale bölgəsində yerüstü mədəndə qeydə alınıb.
Bölgəyə çoxlu sayda xilasedici və təcili yardım briqadaları yönəldilib.
Xatırladaq ki, bundan əvvəl 2014-cü ildə may ayının 13-də Somada yerləşən kömür mədənində baş verən faciədə 301 nəfər həyatını itirib.