Məşhur azərbaycanlı baş məşqçi İSTEFA VERDİ - Əsas səbəb nədir? + FOTO
6 saat əvvəlKlinika Qənirə Paşayevanın durumu ilə bağlı MƏLUMAT YAYDI
28 Sentyabr 2023 06:58 | Baxış sayı: 717
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayevanın son vəziyyəti açıqlanıb.
AJMEDİA.İNFO-ya Mərkəzi Klinikadan bildirilib ki, onun müalicəsi ümumi reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir.
"Aparılan kompleks müalicəyə baxmayaraq ümumi vəziyyəti ağır olaraq qalır", - klinikadan qeyd olunub.
Xatırladaq ki, sentyabrın 23-ü saat 03:01 radələrində TƏBİB-in tabeliyindəki Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Q.Paşayeva üçün çağırış daxil olub. Ona naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulub. Müayinə zamanı göstəriciləri - arterial təzyiq 50/0 mm. c. süt, nəbz 1 dəqiqə 47 vurğu, SPO2 (saturasiya) 82% olub. İlkin müdaxilələrdən sonra göstəriciləri arterial təzyiq 110/60 mm. c.süt., nəbz 1 dəqiqədə 68 vurğu, SPO2 (saturasiya) 97% olub.
Həkimlər Q.Paşayevanın xəstəxana şəraitində müalicəsini məsləhət görüb. Deputat ailə üzvlərinin istəyi ilə təcili tibbi yardım briqadası tərəfindən Mərkəzi Klinikaya təxliyə olunub.
O, süni tənəffüs aparatına qoşulub.