İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
6 saat əvvəlKiyevə raket zərbələri endirildi – Ölü və yaralılar var
11 Avqust 2024 08:17 | Baxış sayı: 417
Avqustun 11-nə keçən gecə Rusiya ordusu Ukraynanın paytaxtı Kiyevi raket atəşinə tutub.
Bu barədə ölkənin Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.
Bildirilib ki, hücum nəticəsində mülki şəxslər – 35 yaşlı kişi və onun 4 yaşlı oğlu həlak olub.
“Axtarış-xilasetmə əməliyyatları zamanı onların meyitləri dağıntılar altından tapılıb”, - deyə qurumun məlumatında bildirilib.
Qeyd olunub ki, Brovari rayonunda fərdi yaşayış binalarının üzərinə düşən raket qalıqları, həmçinin biri 13 yaşlı uşaq olmaqla 3 nəfərə ağır xəsarətlər yetirib.
Bildirilib ki, axtarış-xilasetmə işləri davam etdirilir.