SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlKİV: Suriyada PUA zərbəsi nəticəsində YPG liderlərindən biri zərərsizləşdirilib
14 Aprel 2023 13:55 | Baxış sayı: 488
Suriyanın Türkiyə ilə sərhəd bölgəsində Türkiyəyə məxsus pilotsuz uçuş aparatı Qamışlı şəhəri yaxınlığında hərəkət edən avtomobilə zərbə endirib.
Bu barədə Suriyanın müxalif mediası məlumat yayıb.
Bildirilib ki, zərbə nəticəsində nəqliyyat vasitəsində YPG terror təşkilatının liderlərindən sayılan şəxs ölüb, daha bir neçə nəfər isə yaralanıb.
Qeyd edək ki, YPG terror təşkilatı Suriyada fəaliyyət göstərir. Türkiyə qruplaşmanı PKK terror təşkilatının Suriya uzantısı hesab edir.