20 Aprel 2025
KİV: İsrail ordusu Qəzza zolağına daxil olub

KİV: İsrail ordusu Qəzza zolağına daxil olub

KİV: İsrail ordusu Qəzza zolağına daxil olub

27 Oktyabr 2023 05:35 | Baxış sayı: 764

İsrail Müdafiə Ordusunun quru qüvvələrinin bölmələri HƏMAS hərəkatına qarşı reyd keçirmək üçün cümə gününə keçən gecə Qəzza zolağına daxil olub.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, reyddə İsrail ordusunun 36-cı diviziyasının piyada bölmələri, zirehli texnikası və mühəndis bölmələri iştirak edir.

Bildirilib ki, onlar bir neçə saatdır Qəzzadadırlar və “HƏMAS-la terrorçu hədəflərə” qarşı fəaliyyət göstərirlər. Qəzetin qeyd etdiyi kimi, reyd başa çatdıqdan sonra hərbi hissələrin İsrail ərazisinə qayıdacağı gözlənilir.