20 Aprel 2025
KİV: Ermənistana Hindistanın hərbi texnikası daşınır – Video

KİV: Ermənistana Hindistanın hərbi texnikası daşınır – Video

KİV: Ermənistana Hindistanın hərbi texnikası daşınır – Video

26 İyul 2023 13:18 | Baxış sayı: 596

Nurduz (İran) sərhəd-keçid məntəqəsindən Ermənistana avtomobil kortejinin hərəkəti qeydə alınıb.
Bu barədə “Caliber” görüntülər yayıb.
Bildirilib ki, daşınan yükün içindəkiləri gizlətmək üçün üzərinə kölgəlik qoyulur.
“Lakin İrandan Ermənistana daşınan yükün hərbi məqsəd daşıdığı aydındır. Əldə etdiyimiz məlumata görə, yük İranın Bəndər Abbas limanına çatdırılıb. Silah göndərən tərəf Ermənistanın son vaxtlar hərbi-texniki əməkdaşlığını sürətlə artırdığı Hindistandır. Əlimizdə olan videogörüntülərə görə, Hindistan faktiki olaraq Ermənistana silah və hərbi texnika göndərməyə başlayıb. Baxmayaraq ki, Bakı Nyu-Dehlini bütün kanallarla Ermənistan ordusunun yenidən silahlanmasının və Ermənistanın hərbi-siyasi rəhbərliyində mümkün qisas illüziyasının yaradılmasının yolverilməzliyi barədə xəbərdar edib”, - məlumatda bildirilib.yeniavaz.com